Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda təhlükəsizlik orqanlarının 100 illiyi qeyd olunub

02 fevral 2019 | 16:00

Fevralın 2-də Lənkəran şəhərində  “Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi, Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyəti və rolu” mövzusunda yığıncaq keçirilib.  Azərbaycan Dövlət Təhlukəsizliyi Xidməti, Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranları Birliyi və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən yığıncaqdan əvvəl İcra başçısı Taleh Qaraşov və qonaqlar Heydər Əliyev Xatirə Parkında Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzməklə dahi rəhbərə hörmət və ehtiramlarını ifadə ediblər. Sonra qonaqlar Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən müzeydə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən şəkillər və eksponatlarla tanış olublar. Mərkəzin akt zalında  başlayan yığıncaqda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.     
Yığıcağı giriş sözü ilə açan İcra başçısı dövlət idarəçiliyi sisteminin təşkili zamanı Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı çox mühüm əhəmiyyətli təsisatlardan birinin də milli təhlükəsizlik orqanları olduğunu qeyd edərək bu orqanların 100 illik yubileyini ölkənin ictimai-siyasi həyatında əlamətdar tarixi hadisə kimi diqqətə çatdırıb. Natiq çıxışında xüsusi xidmət orqanlarının ötən dövr ərzində böyük inkişaf yolu keçərək fəaliyyətinin təkmilləşməsində və müstəqil dövlətimizin milli təhlükəsizliyinin qarantına çevrilməsində Heydər Əliyevin müstəsna rolu olduğu barədə geniş məlumat verib.       
Sonra Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranları Birliyinin sədr müavini Azər Qarayev, Milli Qəhrəman Əsgər Əliyevin atası Hacı Ələkbər Əliyev və Lənkəran Dövlət Universitetinin tələbəsi Rəşad Paşayev çıxış edib Ulu Öndərin təhlükəsizlik orqanlarının fəaliyyətinin xalqımızın milli maraqları baxımından düzgün istiqamətləndirilməsi, milli kadrların bu orqanlarda yerləşdirilməsi ilə bağlı göstərdiyi səylərini yüksək dəyərləndiriblər.          Yığıncağın sonunda Ulu Öndərin dövlət təhlükəsizliyi orqanlarındakı fəaliyyətinin bir sıra məqamlarını əks etdirən film nümayiş etdirilib.

Keçidlər