Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranın Kərgəlan kəndində səyyar qəbul

16 yanvar 2019 | 16:00

Yanvarın 16-da Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü rayonun Kərgəlan kənd sakinləri ilə keçirib. İcra strukturları, hüquq-mühafizə orqanları, aidiyyəti idarə və xidmət sahələri rəhbərlərinin təmsil olunduqları görüşdə İcra başçısı kənd sakinlərini dinləyərək onları narahat edən problemlərlə maraqlanıb.
Sakinlər Lənkəran-Lerik şosesinin əsaslı təmir olunaraq istifadəyə verilməsi ilə onların yol-nəqliyyat çətinliklərinin aradan qaldırılmasını söyləyərək, buna görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını çatdırıblar.
Qeyd olunub ki, ölkədə sahibkarlıq fəaliyyətinin inkişafı, aqrar sahədə çalışanlara bir sıra güzəştlərin və subsidiyaların verilməsi kənd sakinlərinin də razılığına səbəb olub. Cari təsərrüfat ili üçün ərazidə 38 hektarda taxıl, 5 hektarda sitrus və meyvə ağacları əkilib. Qarabağ müharibəsi döyüşlərində həlak olmuş şəhidlərin şərəfinə kəndin mərkəzində “Şəhidlər bulağı” inşa olunaraq istifadəyə verilib.
Görüşü yekunlaşdıran İcra başçısı Taleh Qaraşov 2018-ci ilin uğurlarını sadalamaqla cari ildə ölkə vətəndaşlarının qarşısında mühüm vəzifələrin dayandığını vurğulayaraq bu vəzifələrin icrası üçün mövqeyindən və vəzifəsindən asılı olmayaraq hər bir kənd sakininin öz töhfəsini verəcəyinə əmin olduğunu bildirib.  Görüşün sonunda İcra başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin həllindən ötrü aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.

Keçidlər