Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Taekvondo idman növü üzrə ilin yekunlarına dair hesabat iclası keçirildi

17 dekabr 2018 | 16:00

16 dekabr 2018-ci il tarixdə Lənkəran Olimpiya İdman Kompleksində Taekvondo idman növü üzrə 2018-ci ilin yekunlarına dair hesabat iclası keçirildi. Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov bildirdi ki, 2018-ci il həm rayonumuzun, həm də ölkəmizin idman həyatında uğurlu nəticələrlə yadda qalmışdır. O, çıxışında bildirdi ki, ölkə başçısı cənab Prezident İlham Əliyevin idmana və idmançılara yüksək diqqət və qayğının nəticəsi olaraq Respublikanın hər bir bölgəsində olduğu kimi Lənkəranda da idmanın bütün növlərində inkişaf davam etməkdədir.Bilavasitə ölkə başçısının iştirakı ilə istifadəyə verilən Lənkəran Olimpiya İdman Kompleksi rayonda idmanla məşğul olan bütün idmançıların, eləcə də böyüməkdə olan gənc nəslin sevincinə səbəb olmuş, onların idmançı kimi beynəlxalq yarışlarda iştirakına təkan vermişdir. Daha sonra çıxış edənlər, “Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran Şəhər Uşaq-Gənclər İdman Şahmət Məktəbinin direktoru və Şəhər 7 saylı məktəbin direktoru Ülviyyə Əliyeva il ərzində qazanılan uğurlardan,əldə olunmuş nəticələrdən danışmaqla bərabər  gənc idmançılara öz tövsiyələrini bildirdilər. Respublikanın əməkdar məşqçisi Vüqar Soltanov yetirmələrini əldə etdiyi uğurlar münasibətilə təbrik edərək , 2019- cu ildə qarşıda duran vəzifələr və məqsədlər haqqında danışdı. Tədbirdə Lənkəranının fəxri idmançısı, hal-hazırda kişilərdən ibarət milli komandanın kapitanı, üç qat Azvropa mükafatçısı, Dünya çempionatının və Dünya kubokunun mükafatçısı, London – 2012 Olimpiya oyunlarının  Dünya təsnifat turnirinin qalibi , IV İslam Həmrəylik oyunlarının  qalibi  Ramin Əzizov da iştirak edirdi. Ramin Əzizov çıxışında  gənc idmançıları əldə etdikləri uğurlu nəticələr münasibətilə təbrik edərək, onlara  öz uğur hekayəsi haqqında danışdı. Tədbirdə idmançılarla yanaşı onların valideynləri də iştirak edirdi.Tədbirin sonunda il ərzində uğur qazanmış idmançılara idarənin Fəxri Fərmanları eləcə də Dünya Taekvondo Federasiyasının   rəsmi nümayəndəsi Oh Kvon Çolun  rəhbərlik etdiyi qara kəmər dan imtahanından uğur qazanmış 27 idmançıya  Taekvondo idman növü üzrə Beynəlxalq dərəcəli qara kəmər 1,2,3 və 4-cü dan dərəcələri, Dünya Taekvondo Federasiyasının  sertifikatları təqdim olundu.

Keçidlər