Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda “Sağlam həyata doğru: Velosiped idmanında gender bərabərliyi” mövzusunda seminar-təlim keçirilmişdir

05 dekabr 2018 | 16:00

04 dekabr 2018- ci il tarixdə Lənkəran Şəhər 4 saylı Humanitar Təmayüllü Məktəb-Liseyin akt zalında Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyasının və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə «Gənc Velosipedçilər» İctimai Birliyi tərəfindən “Sağlam həyata doğru: Velosiped idmanında gender bərabərliyi” mövzusunda seminar-təlim keçirilmişdir.Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər Gənclər və idman İdarəsinin rəisi Yalçın Əhmədov tədbir iştirkçılarını salamlayaraq bildirdi ki, cənab Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə ölkəmizdə idmanın bütün sahələri inkişaf etməkdədir.Məhz bunun bariz nümunəsidir ki, ölkəmiz beynəlxalq yarışlarda yüksək səviyyədə təmsil olunur. Daha sonra çıxış edən İB-in sədri Nur Axundova «Gənc Velosipedçilər» İctimai Birliyi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi.O həmçinin cənab Prezident İlham Əliyev tərəfindən İsmayıllı rayonunda "İSMA" Velosiped zavodunun açılması, eləcə də velosiped idmanının BMX növü üzrə "BMX-2018" dünya çempiontının Bakıda keçirilməsi ilə  ölkəmizdə bu idman növünün inkişafına münbit şəraitin yaradıldığını bildirdi.Sonra çıxış edən Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov seminarın regionlarda yeniyetmə və gənclər arasında velosiped idmanına marağı artırmaq və bu idman növündə gender bərabərliyini təmin etmək məqsədi ilə keçirildiyini vurğuladı. Ümumilikdə Seminar-təlimdə 150-dən çox yeniyetmə və gənc iştirak etmişdir. Daha sonra Təlimçilər tərəfindən qızların və oğlanların bu idman növünə cəlb edilməsindən, velosiped idmanın gender əsaslı zorakılığa qarşı mübarizədə qızların və qadınların səlahiyyətlənməsində əhəmiyyətindən, bu idman növünün qadın reproduktiv sağlamlığında rolu və ondan düzgün istifadə qaydalarından bəhs edildi.Daha sonra seminar iştirakçılarına əyani olaraq velosiped üzərində praktiki təlimlər keçirilərək, diskusiyalar aparılıb, gəncləri və yeniyetmələri maraqlandıran suallar cavablandırıldı. Yeniyetmə və gənclərə bu idman növündən və qadın hüquqlarından bəhs edən kitablar və müxtəlif çap materialları paylanıldı. Layihənin sonunda 100 nəfərə yaxın oğlan və qızların iştirakı ilə veloyürüş keçirildi və fərqlənən iştirakçılar diplomla təltif olundular.

Keçidlər