Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda payız-qış mövsümünə hazırlıq işləri müzakirə olundu

19 noyabr 2018 | 16:00

 

Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı yanında “2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı Şura iclası keçirilib. Qeyd olunub ki, şura iclasının qərarında əksini tapmış məsələlərlə bağlı tədbirlər planı tərtib olunaraq icrasına başlanılıb. Ötən müddət ərzində aidiyyəti təşkilatlar tərəfindən payız-qış mövsümünə hazırlıq işlərinin başa çatdırılması ilə əlaqədar müvafiq tədbirlər görülüb. Şəhərdə çoxmənzilli binaların dam örtükləri və fasadlar əsaslı təmir olunaraq yenidən qurulub. Təhlükə yaradan ağaclar budanıb, arxlar tullantılardan təmizlənib. Elektrik şəbəkəsinin yarımstansiyalarında təmir-bərpa işləri görülüb, sıradan çıxmış transformatorlar, elektrik dirəkləri və naqillər yeniləri ilə əvəzlənib. Ümumilikdə 50 ədəd transformator yarımstansiyasında təmir işləri aparılıb, 6 ədəd 10/0,4 kilovoltluq yeni elektrik transformatoru quraşdırılıb, müasir tipli yeni 110/10 kv-luq Lənkəran II yarımstansiyası inşa olunaraq istismara buraxılıb.
Əhalinin mavi yanacaqla təchizatı sahəsində də tədbirlər davam etdirilib, qazpaylayıcı stansiyalarda yenidənqurma işləri aparılıb, 5646 p/metr yeni qaz xətləri çəkilib, 768 ədəd istismar müddəti bitmiş qaz sayğacı yenisi ilə əvəzlənib. Rayonun Haftoni qəsəbəsi və Xanlıqlı kəndi mavi yanacaqla təmin olunub. Şovu, Əşlə və Mollakənd kəndlərinə də təbii qaz xətlərinin çəkilişi başa çatmaq üzrədir.
Mövsümə hazırlıqla əlaqədar Su-kanal idarəsi tərəfindən nasos stansiyalarının sıradan çıxmış avadanlıqları, maşın-mexanizmlər, qəzalı xətlər əsaslı təmir olunaraq işlək vəziyyətə gətirilib.
Mənzil təsərrüfatı, Şəhər Mənzil-İstismar və Kommunal Müəssisələr idarələrinin, şəhər Yaşıllaşdırma və İşıqlandırma müəssisələrinin, İstilik sistemləri istismar sahəsinin, 48 nömrəli Yol-İstismar MMC-nin, rayon Mərkəzi Xəstəxanasının, şəhər Təhsil şöbəsinin və digər qurumların payız-qış mövsümünə hazırlıqla bağlı müvafiq tədbirlər gördükləri, baş verə biləcək subasmaların qarşısını almaq məqsədilə Yuxarı Xanbulançay Hidroqovşağı və Melioservis idarələri tərəfindən suötürücü kanallarda və kollektorlarda təmizlik işləri aparıldığı qeyd olunub.
Şura iclasında çıxış edən İcra başçısı Taleh Qaraşov payız-qış mövsümü ilə əlaqədar görülən tədbirlərin vacibliyini diqqətə çatdıraraq bu sahədə işlərin davamlı olaraq aparılması, eləcə də yol verilən nöqsanların qısa müddətdə aradan qaldırılması ilə bağlı əlaqədar məsul şəxslərə tövsiyyə və tapşırıqlarını verib.

Keçidlər