Şriftin ölçüsü :

Saytın rəngi :

Lənkəran Şəhəri üzrə Maliyyə İdarəsi

Lənkəran Şəhəri üzrə Maliyyə İdarəsi

Lənkəran Şəhəri üzrə Maliyyə İdarəsinin fəaliyyət istiamətləri  aşağdakılardır:
• İdarə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin tabeliyində ərazi struktur bölməsidir.
• Lənkəran şəhəri üzrə maliyyə, büdcə, mühasibat uçotu və vergi siyasətinin istiqamətlərinə dair təkliflərin hazırlanmasında səlahiyyətləri daxilində iştirak edir.
• Dövlət büdcəsinin Lənkəran şəhəri üzrə yerli xərclərinin layihəsinin qanunvericiliyə uyğun hazırlanması və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim olunmasını təmin edir.
• Qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət büdcəsinin Lənkəran şəhəri üzrə yerli xərclərinin icrasını təsdiq olunmuş rüblük bölgü əsasında təmin edir.
• Büdcə sistemi, vergi, dövlət xəzinədarlığı sahəsində İdarənin fəaliyyət dairəsinə aid edilmiş digər məsələlər üzrə normativ hüquqi tənzimlənmənin həyata keçirilməsində səlahiyyətləri daxilində iştirak edir.
• Lənkəran şəhəri üzrə makroiqtisadi göstəricilərin proqnozlaşdırılması, iqtisadiyyatın dövlət tənzimlənməsi, onun inkişaf istiqamətləri barədə təkliflərin hazırlanmasında müvafiq qaydada iştirak edir.
• İdarənin nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə Lənkəran şəhərinin yerli xərclərindən maliyyələşən müəssisə və təşkilatların fəaliyyətini əlaqələndirir.
• Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

İdarə rəisi: Rəcəbov İqbal Musa oğlu
İdarə rəisinin müavini - Xəzinə əməliyyatları
sektorunun müdiri: Nuriyev Elxan Novruz oğlu
tel: (025) 254-58-12

İdarəstruktur bölmələri:
Büdcə sektorunun müdiri: İmanov Camal Hacıbaba oğlu
tel: (025) 254-82-32

Xəzinə əməliyyatları uçotu və hesabatı
sektorunun müdiri: Rəhimov Şaiq Təmiraz oğlu
tel: (025) 254-33-74
Dövlət gəlirləri və vergilərin proqnozlaşdırılması
sektorunun müdiri: Şirəlizadə Salman Ağakərim oğlu
tel: (025) 254-72-58

Ünvan: Lənkəran şəhəri, H.Əliyev prospekti 74

Keçidlər