Şriftin ölçüsü :

Saytın rəngi :

Lənkəran Rayon Mərkəzi Xəstəxanası

Lənkəran Rayon  Mərkəzi  Xəstəxanası


*Lənkəran MRX-sı aşağıdakı vəzifələri yerinə yetirir:
*«Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyyən edilmiş hallarda pulsuz tibbi xidmət göstərmək;
*Növbəli, həcmi,  keyfiyyət standartları və göstərilməsi qaydası Nazirlik tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış yardım göstərmək ;
*Elmi təbabətin və texnikanın nəaliyyətləri, eləcədə təbabətin qabaqcıl təcrübəsi əsasında müasir profilaktika, diaqnostika və müalicə üsullarını təcrübədə tətbiq etmək;
*Qaydası Nazirlik tərəfindən müəyyən edilən ilkin tibbi sanitariya yardımını göstərmək ;
*İctimai təhlükəli xəstəliklərə tutulmuş vətəndaşlara tibbi sosial yardım göstərmək, onlara qanunvericiliklə müəyyən edilmiş qaydada stasionar müalicə və dispanser müşahidəsi ilə təmin etmək ;
*Səhiyyədə tətbiq edilən profilaktik, diaqnostika və müalicə üsulları, tibbi texnologiyaları dərman və dezinfeksiya vasitələrini, immunobioloji preparatları istifadə təlimatlarına və farmakopeya məqalələrinə uyğun istifadə etmək ;
*Orqanizmin funksiyalarının davamlı pozulması nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsi məqsədilə tibbi sosial ekspert komissiyalarına göndəriş vermək ;
*İnsanın ölüm halını təsdiq etmək ;
* Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını həyata kerirtmək;
* İşçilər üçün sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək ;
*Tibb sahəsində mütəxəssislərin peşə biliyi və bacarıqlarının təkmilləşdirilməsini təşkil etmək, onları ixtisas səviyyələrinin artırılmasına cəlb etmək ;
*Vətəndaşların sağlamlıq vəziyyətinə  «Elektron sağlamlıq kartı» vasitəsilə elektron nəzarət sistemi tətbiq etmək ;
*Tətbiqinə icazə verilməyən, lakin müəyyən edilmiş qaydada baxılmaqda olan diaqnostika və müalicə üsullarından, habelə dərman vasitələrindən Nazirliyin qərarı və pasiyentin yazılı razılığı ilə,  eləcədə yetkinlik yaşına çatmayanların və fəaliyyət qabiliyyəti olmayan şəxslərin həyatı təhlükədə olduqda, onların valideynlərinin və ya qanuni nümayəndələrinin yazılı razılığı ilə istifadə etmək ;
*Qanunvericilikdə nəzərdə tutulmuş hallarda transplantasiya məqsədi ilə insan orqan və toxumalarını götürmək ;
*Ölümün səbəbləri və xəstəliyin diaqnozu haqqında məlumat əldə etmək məqsədi ilə patolojo-anatomik yarma aparmaq ;

Baş Həkim: Ağabala Kəlbiyev

Ünvan: Lənkəran  şəhəri,  Nizami  küçəsi  67.
Əlaqə  telefonları:  (025) 254-79-32, (025) 254-16-64

Keçidlər