Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsi

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsi

 

Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • məcburi dövlət siğortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlərin hesablanması, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirir;
  • məcburi dövlət sosial siğorta iştirakçılarının uçota alınması və uçotdan çıxarılması, siğorta haqlarının uçotu, hesablanması və toplanması qaydalarının müəyyən edilməsində iştirak edir;
  • əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsində iştirak edir;
  • dövlət orqanlarından və büdcə təşkilatlarından, habelə hüquqi şəxslərdən, onların filial və nümayəndəliklərində, fərdi sahibkarlıq fəaliyəti ilə məşğul olan fiziki şəxslərdən (siğortaedənlərdən), eləcə də siğortaolunanlardan "Sosial siğorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş miqdarda məcburi dövlət sosial siğorta haqlarının toplanmasını təşkil etmək;
  • dövlət sosial siğorta sistemində fərdi uçotu həyata keçirmək;
  • siğortaolunana dövlət sosial siğorta şəhadətnaməsi vermək;
  • işəgötürən və siğortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək;
  • siğortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların əldə edilməsi qaydalarını izah etmək;
  • siğortaedənlərdə məcburi dövlət sosial siğorta haqlarının düzgün hesablanmasına və ödənilməsinə nəzarət etmək;
  • ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin monitorinqinin keçirilməsini təmin etmək;
  • əmək pensiyalarını, sosial müavinətləri, təqaüdləri, kompensasiyaların və digər sosial ödənişləri bu sahədə normativ hüquqi aktlara uyğun olaraq təyin etmək.

 

Şöbə müdiri: Ağayev Ağavaleh Ağasaleh oğlu 

Ünvan: Lənkəran şəhəri, Ş.Axundov küçəsi 15

 

İdarənin struktur bölmələri:

Sosial siğorta sektoru: 

tel: (025) 255-5-71

Pensiya sektorunun:

tel: (025) 255-30-29

Mühasibat uçotu sektoru:

tel: (025) 255-42-95

Ünvanlı sosial yardım və müavinətlər sektoru:

tel: (025) 255-36-43

Sosial məişət xidməti sektoru:

tel: (025) 255-08-43

Keçidlər